F-1.az xatırladır ki, Haas komandası Formula1-də 2016-cı ildə debüt etmiş və Mühəndislər Kubokunda 8-ci yeri tutmuşdu. Amerika təmsilçisi Qrojanla Avstraliyada 6-cı, Bəhreyndə 5-ci olmuşdu.
Roman Qrojan: “Boliddə özümü yaxşı hiss edirəm. Testlərdə sürdüyümüzdən daha çox potensial var və məqsədimiz bunu müəyyən etməkdir.
Ferrari güclü mühərrik hazırlayıb. Buna görə də əminik ki, arxamızda güclü dəstək var. İtalyanlarla aramızda olan bu tərəfdaşlıq bizə çoxlu xallar qazandıracaq.
Biz də Haas olaraq son mövsümdən çox şey öyrəndik və bu təcrübə il gözəl işlər gördük. Ümid edirəm ki, yeni mövsümdə keçən ilə nisbətən yaxşı nəticələr alarıq”.