R.Qrojan: “Axmaq Eriksson məni vurdu”

Mövsümün ilk 2 yarışınında Haas-a vacib xallar qazandıran və günün sürücüsü seçilən Roman Qrojan ilk dövrədəki insidentdən sonra yarışı 19-cu yerdə bitirə bilib.

F-1.az xəbər verir ki, bu gün həm də 30 yaşını qeyd edən sürücü ilk dövrədə təmas yaşadığı Markus Erikssonu Canal+ kanalına müsahibəsində sərt şəkildə tənqid edib: “O, heç nəyi görmədi və heç nəyi başa düşmədi. Gözlərini açıb ətrafa baxmalıdır. Onun axmaqlığı ucbatından ilk 2 yarışda olduğumuz yerdən çox geridə qaldıq. Belə olmamalı idi. Maşın da startdan etibarən yaxşı təsir bağışlamırdı. Maşını yaxşıca yoxlayıb problemin nədə olduğunu tapmalıyıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*