F-1.az xatırladır ki, fransalı sürücü yerində fırlandıqdan sonra radiodan “nə baş verir? Artıq ürəyim darıxır” demişdi. Qeyd edək ki, Qrojandan başqa ikinci sessiyada Fettel, Bottas, Kvyat, Sayns və Peres kimi sürücülər də yerlərində fırlanmışdılar.
Roman Qrojan: “Darıxdım, çünki səbəbini anlamadığım halda yerimdə fırlandım. Ümumilikdə isə əyləclər istədiyim reaksiyanı vermədi. Yeni təkərlərə keçəndən sonra da spin atdım və o anda öz-özümə “hansı cəhənnəmə gedirik?” deyə soruşdum. Yerimdə fırlanmaqdan bezmişdim, çünki bunun üçün Kanadaya gəlməmişəm. Yenə də 40 dövtə atdım və hər şey yaxşı idi.
Tras çox çirkli olduğu üçün sessiya çətin keçdi. Asfalt artıq çox köhnəlib və ilişmə heç yoxdur. Cümə günü çoxlu yerində fırlanma gördük”.