R.Qrojan: Alonso lap 22 yaşlı oğlana oxşayır

Sabiq Formula1 sürücüsü roman Qrojan bildirib ki, Fernando Alonsonun 41 yaşı olsa da, özünü 22 yaşlı oğlan kimi aparır.

F-1.az xatırladır ki. ispaniyalı sürücü Formula1-dəki 21-ci mövsümünə hazırlaşır. İkiqat Dünya Çempionu bu il Aston Martin komandasında debüt edəcək və onun performansı indidən hamıya maraqlıdır.

Roman Qrojan: “Onun idmana olan sevgisinə heyranam. qırx yaşı keçsə də, özünü 22 yaşlı oğlanlar kimi aparır. Hər sessiyada, hər dövrədə və sərbəst yürüşlərdə var qüvvəsi ilə sürür.

Əlindən gələni edir. İndi görək Aston Martin-də necə performans göstərəcək. Alonsonun keçmişdə çox komanda dəyişdiyini gördük. Ümid edirəm ki, yaxşı maşını olar və bizə potensialını göstərər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*