R.Qrojan ABŞ-da dəbilqəsinin dizaynını dəyişəcək

Haas-ın fransız sürücüsü mayın 17-də İtaliyanın Rimini şəhərində velosipedlə gəzinti zamanı maşınla vurulan və 5 gün sonra dünyasını dəyişən sabiq MotoGP çempionu Niki Heydenin xatirəsini yad edəcək.

F-1.az bildirir ki, sürücü bu barədə şəxsi Twitter bloqunda paylaşım edib. Yeni dizayn Qrojanın əvvəlki dəbilqələrindən kifayət qədər fərqlənir. Dəbilqənin ön tərəfində Heydenin şəkli var. Arxa tərəfində isə mərhum sürücünün ləqəbi və motosikletinin nömrəsi əks edilib.

Qeyd edək ki, indiki qaydalar dəbilqənin dizaynını tez-tez dəyişməyi qadağan edir. Hər bir sürücü bunu mövsüm ərzində cəmi bir dəfə edə bilər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*