R.Qrojan 100-cü yarışına çıxacaq.

F-1.az xatırladır ki, ilk yarışına 2009-cü ildə Valensiyada çıxan Roman geridə qoyduğu 99 yarışda 10 dəfə podiuma yüksəlib, bir dəfə isə ən sürətli dövrəyə imza atıb.

Roman Qrojan: “Debüt etdiyimdə az sayda yarışa çıxacağımı düşünürdüm. Amma artıq 100-cü yarışıma çıxacağam və artıq 10 dəfə podiuma yüksəlmişəm. Bu, möhtəşəmdir! İnanıram ki, mən hələ çox yarışlarda iştirak edəcəyəm və qalib gəlmək şanslarım olacaq. Yüzüncü yarış mənim həyatımda əhəmiyyətli hadisə olacaq.

Yubiley yarışında əlimizdən gələnin maksimumunu etməyə çalışacam. Biz ən yaxşı halda sıralanma turunda 3-cü sessiyaya qala və yarışda xal uğrunda mübarizə apara bilərik. Çox çalışırıq. Düşünürəm ki, çalışmaq hamıdan çox bizə lazımdır.

Əvvəllər Formula1-də yarışmağı arzulayırdım. İndi isə professional Formula1 sürücüsüyəm və istəyim dünya çempionu olmaqdır. İki titul qazanmaq isə ideal nəticə olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*