F-1.az xatırladır ki, Remi bu il cəmi 13 xal toplayıb və MotoGP-dəki yerini itirib. O növbəti mövsümdə World Superbike seriyasında yarışmağa hazırlanır.
Remi Qardner: “Valensiyada son yarışıma çıxdım və əlimdən gələni etdim. Son üç yarışda çox zəif idik. Həmişə arxa təkər tez ölürdü. Amma Avstraliya və Malayziyada bir neçə dövrə yaxşı keçdi.
Son yarışdan həzz aldım və həftəsonunu dostlarım və ailəmlə keçirdim. Çox rahatam. Bir də KTM sürməyəcəyim üçün sevinirəm”.