R.Millener komanda ruhundan razı qalıb

M-Sport komandasının rəhbəri Riçard Millener sürücüsü Tanakın Meksikadakı performansından razı qalıb.

F-1.az xatırladır ki, estoniyalı sürücü cümə günü problem yaşayıb 7 dəqiqə itirsə də, Meksika Rallisində 9-cu olaraq xal qazanıb. O, bonus mərhələsindən də 4 xal əldə edib.

Riçard Millener: “Kağız üzərində bu həftəsonu bizim üçün pis keçdi. Ancaq komanda Ottun nəticəsini yaxşılaşdırmaq üçün əlindən gələni etdi və onlarla qürur duyuram. Bu həftə mümkünsüzü bacardılar.

Komanda ruhu Otta bonus mərhələsində xal almağa kömək etdi. Tanak da əla sürdü və səhv etmədən gözəl ralli keçirdi. Bonus mərhələsində özünü yaxşı tərəfdən göstərdi və çempionatdakı yerimiz yaxşıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*