F-1.az xatırladır ki, Maks Ferstappen 2015-ci ildə Toro Rosso komandasında debüt etmiş və 2016-cı ilin 5-ci yarışından etibarən Red Bull komandasına transfer olunmuşdu. Hollandiyalı sürücü avstriya təmsilçisinin heyətindəki ilk yarışda qalib gəlmiş və Formula1 tarixində qalib gəlmiş ən gənc sürücü statusunu əldə etmişdi.
Amma Manor komandasının sabiq sürücüsü Merhi bildirib ki, Ferstappenin performansından təsirlənməyib: “Maks doğru zamanda doğru yerdə idi. Yaxşı sürücü olduğuna şübhəm yoxdur, amma onun üçün bütün fürsətlər təqdim edilib.
Keçən il çox səhv etdi. Bunu gənc olduğuna görə, yoxsa mükəmməl olduğuna görə etdi, bilmirəm”.
Merhi Həmiltonun Əbu Dabidəki taktikasını dəstəkləyib: “Həmilton etməli olduğu şeyi etdi. Mübarizə apardığı adam komanda yoldaşı olsa da, etməli olduğu şeyi etdi. Mən də olsam, eynisini və hətta, daha artığını edərdim. Mercedes-i başa düşmürəm. Nəticədə mübarizə konstruktorlar çempionatı üçün yox, sürücülər çempionatı üçün gedirdi”.