F-1.az bildirir ki, bunun üçün ən yaxşı variant elə Macarıstan Qran Prisindən sonra keçiriləcək testlərdir. Lakin qaydalara görə, hər bir komanda azı bir gün Formula1-də maksimum iki yarışda işitak etmiş sürücünün köməyindən istifadə etməlidir. Kubitsa 2006-cı ildən 2010-cu ilə qədər 76 yarışa çıxıb və təbii ki, bu kateqoriyaya uyğun gəlmir.
Komandalar digər test günündə isə maşını cari pilotlarına tapşırırlar. Lakin burada başqa bir məqam da var: Hülkenberq Bəhreyndəki testlərdə iştirak etmişdi. Komanda Macarıstanda Palmerin əvəzinə Kubitsadan istifadə edə bilər. Bu isə onsuz da vəziyyəti yaxşı olmayan britaniyalı sürücü üçün böyük mənəvi zərbə ola bilər.
Özəl testlər sürücünü ancaq dəyişikliklərə uyğunlaşdırmaq üçün nəzərdə tutulur. Əgr Kubitsa fiziki vəziyyəti ilə bağlı yeni maşınlara uyğunlaşa bilməsə, Renault bir test gününü itirmiş olacaq. Qərarın yaxın günlərdə qəbul edilməsi gözlənilir…