R.Kubitsa yeni rolundan razıdır

Williams komandasının ehtiyat sürücüsü Robert Kubitsa bildirib ki, yeni vəzifəsi baxış bucağını dəyişib.

F-1.az xatırladır ki, polşalı sürücü komandanın əsas pilotuna namizədlərdən olsa da, Britaniya təmsilçisi Sirotkini seçmiş və Kubitsa test və ehtiyat pilot təyin edilmişdi.

Robert Kubitsa: “Bu mənim üçün yaxşı hissdir. Hazırda işimdən razıyam. Mübarizənin içindəyəm və komandanın iş rejimini görə bilirəm. Yarış sürücüsü olanda çox şeyi yarışçı rejimində görürsünüz. Mühəndislər, texniklər, mexaniklər və s. hamı işləyir. Yarış pilotu ikən hər şeyi dərindən görmürsünüz. Mən isə hər şeyi görə bilirəm. Əla fürsətdir və həzz alıram. Həm də çox əyləncəlidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*