R.Kubitsa və P.di Resta Williams-la test edəcəklər

Williams komandası Robert Kubitsa və Pol di Restanın performanslarını yoxlamaq üçün hər iki sürücü ilə də test edəcək.

F-1.az xatırladır ki, Williams komandası hazırda gələn il üçün Kubitsa, Massa, di Resta və Verlyaynla maraqlanır. Buna görə də britaniyalılar Robert Kubitsa ilə 2014-cü il bolidində testlər etmək istəyirlər. Polşalı sürücü oktyabrın 11-də Silverstounda, oktyabrın 18-də isə Budapeştdə birgünlük testlər edəcək. Pol di Resta da Macarıstandakı testlərin ilk günündə 2014-cü il bolidinin sükanı arxasına keçəcək.

Bəzi resurslar xəbər verir ki, britaniyalılar hazırda gələn il üçün Massa ilə danışıqlar aparırlar. Braziliyalı sürücünün komandada qalmaq şansı di Restanın gətirilmək şansından çoxdur. Paskal Verlyayn isə komandanın titul sponsoru Martini-nin müqavilə şərtlərinə görə ən sonuncu alternativdir. Qeyd edək ki, Martini müqavilədə bir sürücünün yaşının 25-dən yuxarı olmasını tələb edib.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*