F-1.az xatırladır ki, Malayziya yarışından etibarən Toro Rosso-da yarışan Qasli həm də Super Formula seriyasında mübarizə aparır. Fransalı sürücü Super Formula-da son yarışdan əvvəl liderə cəmi 0.5 xal uduzur. Red Bull və Honda da Qaslinin Super Formula-dakı son yarışına çıxmasını istəyirlər, amma gənc sürücünü Ostində əvəz edəcək pilot axtarırlar. Bəzi iddialara əsasən, Red Bull hazırda Robert Kubitsanı əsas alternativlər arasına alıb. Xatırladaq ki, polşalı sürücü bu həftəsonu Williams-la testə çıxacaq. 32 yaşlı sürücü Toro Rosso ilə yarışsa və yaxşı nəticə göstərsə, Williams-ın əsas alternativi ola bilər.
Bundan başqa Toro Rosso komandasının alternativləri arasında Sebastyan Buemi və Colion Palmer də var…