F-1.az xatırladır ki, Britaniya təmsilçisi noyabr ayında Əbu Dabidəki testlərdə Kubitsa ilə Sirotkini sınamış və sonda, deyilənlərə görə, qərarını rusiyalı sürücünün üzərində saxlamışdı. Buna görə də menecerləri polşalı sürücü üçün fərqli yollar axtarmağa başlayıblar. Bəzi şayiələrə əsasən, 33 yaşlı sürücü Williams komandasında test sürücü olacaq. Beləliklə, Kubitsa sükan arxasında daha çox vaxt keçirəcək.
Bu müqavilə hər iki tərəf üçün faydalı ola bilər. Çünki Williams komandasının sürücü heyəti (Stroll-Sirotkin) təcrübəsizdir və təcrübəli bir sürücüdən dəstək alacaqlar. Kubitsa isə yeni bolidlərə öyrəşmək üçün fürsət tapmış olacaq.