R.Kubitsa seçim qarşısındadır

Bəzi iddialara əsasən, Robert Kubitsa gələn il Williams komandasının əsas sürücüsü ola bilər.

F-1.az xatırladır ki, Britaniya komandasının gələn il üçün Corc Rassellə yarışacağı məlumdur. Amma ikinci sürücünün kim olacağı hələ də bilinmir. Bu yer üçün Sirotkin, Okon kimi sürücülərin adları hallanırdı. Ancaq Williams komandası Rich Energy sponsorluğunu əldən verdikdən sonra Kubitsanı əsas sürücü kimi yarışdıra bilər.

Lakin Kvyat və Covinatsini əldən verən Ferrari gələn il üçün Kubitsanı developer sürücü kimi transfer etmək istəyir.

Robert Kubitsa: “Qərar verməyə çox yaxınıq. Son günlərə yaxınlaşırıq. Bir neçə gün sonra son qərarımı verəcəm və bu, ən doğrusu olacaq. Hazırda vəziyyətim yaxşıdır. Qarşımda həzz alacağım fürsətlər var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*