F-1.az xatırladır ki, polşalı sürücü 2011-ci ildə rallidə qəza edərək qolunu ciddi formada zədələmiş və uzun illər Formula1-dən uzaq qalmışdı. Lakin təslim olmayan Kubitsa əzmkarlıqla öz üzərində işləmiş, keçən il Renault və Williams komandalarında test etdikdən sonra Qrouv təmsilçisinin test və ehtiyat sürücüsü olmuşdu.
Robert Kubitsa: “Renault keçən il xəstəxanaya gedib bəzi testlərdən keçməyimi istədi. Sol əlimin hissiyatı, sürəti və gücü 35 faizdir. Bu isə əvvəlkinə nisbətən yaxşı idi. Bədənim şəraitə tez uyğunlaşır. İki əliniz də mükəmməl olanda birinə çox güc düşmür. Maşın sürəndə sol əlimi 70 faiz istifadə edirəm. Keçmişdəki kimi 50-50 və ya daha artığını sınasalar, yaxşı olmazdı.
Daha çox sürəndə hər şey təbiiləşir. Qəzadan əvvəl etdiklərimi artıq edə bilmirən. Çünki məhdudiyyətlərim var. Əvvəl məyus olsam da, sonra anladım ki, mübarizə apara bilərəm. 2010-cu ildə F-Kanalından istifadə edərkən Belçikada Qırmızı Su yoxuşunu tək əllə qalxırdım. Bu gün etdiyimə nisbətən təhlükəli idi. Çünki bir əllə sürürdüm.
Bəzən sadəcə sağ əlimi istifadə edirəm. Düzlüklərdə sol əlimə istirahət verirəm. Hər şey avtomatik olur və buna görə bəxtəvərəm. Çünki sürüş tərzimdə fiziki güc lazım olmadı. Həmişə sakit idim”.