R.Kubitsa Renault-nun siyahısında yoxdur

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Valensiyada inamlı test keçirməsinə baxmayaraq, Robert Kubitsa 2018-ci ildəki alternativ siyahılarında yoxdur.

F-1.az xatırladır ki, polşalı sürücü 2011-ci ildə rallidə qəza edib biləyindən ciddi yaralandıqdan sonra Formula1 karyerasını bitirməli olmuşdu. Lakin 32 yaşlı sürücü 2 həftə əvvəl Lotus-un 2012-ci bolidi E20 ilə test etmiş və 115 dövrə vura bilmişdi. Kubitsa bu testdən sonra bildirmişdi ki, bolidi çətinlik çəkmədən idarə edib və Formula1-ə qayıtmaq istəyir. Digər tərəfdən isə, 2017-ci ildə Renault ilə sürücüsü Colion Palmer arasındakı müqavilə sona çatır və britaniyalının komandadan ayrılması gözlənilir. Fransızların transfer siyahısında Karlos Saynsla yanaşı ikiqat Dünya Çempionu Fernando Alonso da var. Dedi-qodulara əsasən, Kubitsanın da adı siyahıdadır.

Lakin Abitebul bu dedi qoduları təkzib edib: “Bilirəm ki, Formula1-də belə söz-söhbətlər çox olur. Bu mövzuda bir az diqqətli olmalıyıq, çünki hamımızın çox sevdiyi bir insan barədə danışırıq. İnanılmaz dərəcədə imici olan, lakin çətin vəziyyətdə qalmış bir adam barədə danışırıq. Buna görə də hamı ona qarşı diqqətli olmalıdır. Bəli, onunla testlər etdik, lakin Robert də daxil olmaqla, heç kimin beynində bu cür fikir formalaşdırmaq istəmirik.

Gələcəklə bağlı planlardan müəyyən nöqtədə danışmalıyıq, çünki bunlar ictimaiyyətə açıq mövzulardır. Niko ilə uzunmüddətli müqaviləmiz var. Colion ilə də 2017-ci il üçün müqaviləmiz var. Müəyyən müddətdən sonra alternativlərə baxmalıyıq. O zaman Kubitsa da seçimlərdən biri ola bilsə, onda baxarıq. Amma hazırda siyahıda onun adı yoxdur. Hələ əldə etməli olduğu çox şey var və bunu bacarsa, siyahıda ola bilər.

Kubitsaya test imkanı verməyimizin səbəbi çox açıqdır. Bob Bell, Nik Çester, Alan Permeyn kimi işçilərimiz vaxtında Robertlə işləyiblər və onu yaxından tanıyırlar. Kubitsa komandada olmasa da, onunla əlaqəni kəsməyiblər. Həmişə onunla görüşürdülər. Daha sonra əlimizə fürsət düşdü və dəyərləndirdik. Robert də öz potensialını öyrənmiş oldu. Eyni zamanda F2, GP3, LMP2 və Formula E ilə bağlı işlər gördü. Robert ilə bağlı növbəti addımın gələcəyini demək istəmirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*