R.Kubitsa: “Qayıtmaq ən böyük uğurum idi”

Williams komandasının sürücüsü Robert Kubitsa bildirib ki, Formula1-ə qayıtması ən gözəl anlardan biri olub.

F-1.az xatırladır ki, polşalı sürücü 2011-ci ildə ralli zamanı qəza edərək, qolunu ciddi formada zədələmiş və 9 il Formula1-dən uzaq qalmışdı. 2017-ci ildə Renault ilə testlər edən Kubitsa 2019-cu ildə Williams ilə idmana qayıtmışdı. Lakin 34 yaşlı pilot bu mövsüm bərbad performans göstərib və bütün sıralanma sessiyalarında komanda yoldaşı Rasselə uduzub. Çətinliklərdən sonra Robert gələn il Williams-da yarışmayacağını deyib.

Robert Kubitsa: “Nəticələri diqqətə almasaq, son 7-8 ildə yaxşı işlər gördüm. İdmana qayıtmaq həyatımın ən böyük uğuru oldu. Layiq olduğum və xəyal etdiyim sonluq bu idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*