F-1.az xatırladır ki, Kubitsa keçən ay Valensiya testlərində 115 dövrə vurmuş və Formula1-ə qayıtmaq şansını 80-90% qiymətləndirilmişdi. Bundan sonra Renault onunla daha bir test sessiyası keçirəcəyini təsdiqləmişdi. Test dünən gözlənildiyi kimi, Pol Rikar trasında baş tutub – Robert bu dəfə də E20-ni idarə edib və 90 dövrə vurub.
Renault testlərin nəticələri barədə heç bir məlumat verməsə də, komandanın bir nümayəndəsi BBC-yə müsahibəsində hər şeyin yaxşı keçdiyini bildirib.