F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası Williams Əbu Dabidə Pirelli testlərində Sergey Sirotkin və Robert Kubitsa cütü ilə işləmiş və son xəbərlərə görə, rusiyalı sürücünün xeyrinə qərar vermişdi.
Andryu Benson: “Kubitsanın əsas problemi yanacağın az olduğu sıralanma tempində lazımi sürətə çata bilməməsi idi. Kubitsa təkərləri işlədə bilmədi. Bundan başqa Kubitsa menecerinə deyib ki, Pirelli-nin təzə təkərlərinə öyrəşə bilmir. Burada qəribə şey yoxdur. Əksər sürücülər italyanların inqilabi təkərlərindən şikayət edir. Kubitsa üçün uyğunlaşma dövrü lap çətin idi. Digər sürücülərdən fərqli olaraq Kubitsa 6 ildir sürməyib. Bu müddətdə də Pirelli təkər istehsalçısı olub. Buna görə də Williams rəhbərliyi riskə gedə bilməzdi. Məhz bu səbəbə görə Sirotkini seçdilər”.