R.Kubitsa panikaya düşüb

Williams komandasının sürücüsü Robert Kubitsa 9 ildən sonra çıxdığı ilk Formula1 yarışında panikaya düşüb.

F-1.az xatırladır ki, polşalı sürücü Avstraliya yarışının startında porebriklərə hücum edərkən ön qanadını itirib və birinci dövrədə pit-stop etməli olub.

Robert Kubitsa: “Bir az panikaya düşdüm, çünki Karlos Saynsın arxa qanadı start işıqlarını görməyimə mane olurdu. Buna gör də sola doğru getməli oldum. Yaxşı start olsa da, ilk döngədə porebrikə sürtüldüm. Qasli sağa doğru hərəkət elədi və Saynsla təmas yaşadıq. Buna görə də qanadımı itirdim. Ancaq bunu 100 metr sonra hiss etdim və pitə girməli oldum. Daha sonra isə güzgülərimdən birini itirdim və işim daha da çətinləşdi.

Mənə tempimin pis olmadığını dedilər. Bolidin vəziyyətinə görə yaxşı idi, çünki sürmək çox çətin idi. 8 il 4 aydan sonra ilk dəfə start alırdım. 2010-cu ilin Əbu Dabi yarışından sonra dayanaraq start almamışam. Əksəriyyət ilk döngədəki hadisələrə görə fiziki vəziyyətimi mühakimə edə bilər. Ancaq Avstraliyadan xoşbəxt ayrılıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*