R.Kubitsa niyə utanır?

Williams komandasının test sürücüsü Robert Kubitsa bildirib ki, FW41-i sürərkən utanıb.

F-1.az xatırladır ki, polşalı sürücü Barselonada birinci sərbəst yürüşlərdə Williams bolidinin sükanı arxasına keçib. 2010-cu ilin Əbu Dabi yarışından sonra ilk dəfə bir Qran Pridə çıxış edən 33 yaşlı sürücü lider Bottasdan 3.3 saniyə geridə qalaraq 19-cu olub.

Robert Kubitsa: “Balans pis olduğu üçün çətin sessiya idi. Bu qədər bərbad olacağını gözləməzdik. Bu, mənim üçün şok oldu. Amma özümü rahat hiss etdim. Üstəlik balansı bərbad olan maşınla özünü rahat hiss etmək çox çətindir. Məndən istədiklərini edə bildim və hazırda xoşbəxtəm. 19-cu olduğumu bilirəm. Trasın şəraiti və bolid çox bərbad idi. Buna baxmayaraq yaxşı sürdüm. Bolidin içində olarkən utandım. Çünki bəzi yerlərdə bolidin yavaş olduğunu hiss etdim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*