F-1.az xatırladır ki, polşalı sürücü Valensiyada Lotus-un 2012-ci il bolidi E20-ni sürüb və 115 dövrə vurub. 2011-ci ildə rallidə qəza edib əlini kəskin şəkildə yaraladıqdan sonra, Kubitsa ilk dəfə Formula1 bolidinin sükanı arxasına keçib.
Robert Kubitsa: “Bu günü mənin üçün təşkil edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, hamı üçün gözəl gün olub. 2010-cu ili xatırladır. Hər şey çox gözəl idi. Bir az emosional oldu. Uzun illərdir ki, paddokda deyiləm. Formula1 bolidini sürmək inanmıram ki, mümkün olsun. Hazırda hisslərimi ifadə edə bilmirəm. Uğurlarıma görə qürur duyuram, lakin bu test yürüşü mənə itirdiklərimi xatırlatdı. Bu gözəl günə görə Renault-ya təşəkkür edirəm. 2005-ci ildə də mənə bu cür şans vermişdilər”.