F-1.az xəbər verir ki, Avropa mətbuatı Niko Rosberqin təklif etdiyi qeyri-adi ssenari barədə yazır. Qeyd edək ki, 2016-cı ilin dünya çempionu Robertin meneceridir. İddialara görə, Niko Williams komandasına polşalı sürücünün 7 milyon dollar qarşılığında ilk yeddi yarışda çıxış etməsini təklif edib və belə bir şərt irəli sürüb ki, əgər Robertin bu müddətdə ərzində çıxışı komandanı qane etməsə, onu mövsümün qalan hissəsində Sirotkin əvəzləyəcək.
Lakin bu ssenari hamı üçün – mövsümün ortasında mübarizəni dayandıracağına görə Kubitsa üçün, mövsümün əvvəlində tam test proqramında iştirakdan məhrum olacağına görə Sirotkin üçün və belə dəyişikliklər nəticələrə mənfi təsir edəcəyinə görə Williams komandası üçün uğursuz ola bilər…