F-1.az Robert Kubitsanın Valensiyada Lotus-un 2012-ci il bolidi ilə testlər edəcəyini xəbər vermişdi. Testlər bu gün baş tutub – Robert Lotusun 2012-ci ildə istifadə etdiyi və Renault-nun builki maşınının rənglərinə boyanmış E20 ilə 115 dövrə vurub. Testlərə bir neçə dəfə uzun fasilə verilib, bu fasilələr zamanı maşının çəni yanacaqla tam doldurulub və Kubitsa ardıcıl dövrələr vurub. Bundan başqa, sıralanma turu və start simulyasiyaları edib.
Renault komandası rəsmi Twitter hesabında yazıb: “Biz niyə susurduq? Çünki bu gün Robertin xüsusi testləri var idi”.
So why did we keep it quiet? It was a private test, for Robert. But we can tell you this… pic.twitter.com/tIiBTuF9lm
— Renault Sport F1 (@RenaultSportF1) June 6, 2017
Komandanın mətbuat xidməti başqa bir paylaşımında isə belə yazıb: “Robert asfaltla ilişmənin səviyyəsindən, əskik dönüşlükdən və asfaltayatma qüvvəsindən şikayətlənirdi, lakin 115 dövrədən sonra onun üzündə təbəssüm var idi”.
Robert complained about grip, understeer, downforce and had the biggest smile on after his 115 laps!! 👊 #Kubica pic.twitter.com/dOqJCc0iez
— Renault Sport F1 (@RenaultSportF1) 6 июня 2017 г.
Xatırladaq ki, bundan əvvəl son dəfə 2011-ci ildə qış testlərində Formula1 bolidinə əyləşən Robert həmin il fevralın 6-da İtaliyada rallidə qəzaya uğrayaraq sağ çiynindən, qolundan və ayağından ciddi zədələr almışdı. O, 2013-cü ildə WRC karyerasını bərpa etsə də, sağ qolunun məhdud hərəkəti üzündən təkoturacaqlı maşınlarda yarışa bilmirdi. Polşalı sürücü bu il WEC-də iştirak etməyə razılıq versə də, son anda imtina etmişdi.