R.Kubitsa: “Formula1-ə qayıtmaq ehtimalım 90 faizdir”

Sabiq Formula1 sürücüsü Renault ilə testlər etdikdən sonra idmana qayıtmaq ehtimalının 80 və ya 90 faiz olduğuna inanır.

F-1.az xatırladır ki, polşalı sürücü 2011-ci ildə rallidə qəza edib biləyini zədələdikdən sonra Formula1 karyerasını bitirməli olmuşdu. Lakin 32 yaşlı sürücü təxminən bir ay bundan əvvəl Lotus-un 2012-ci il bolidi E20 ilə Valensiyada test etmiş və 115 dövrə vurmuşdu.

Robert Kubitsa: “Əgər testdən əvvəl Formula1-ə qayıtmaq ehtimalım barədə soruşsaydınız, 10 və ya 20 faiz deyərdim. Saat işləyir və vaxt keçir. Artıq yaşlı bir adamam. Formula1 sürətlə dəyişir və bəzi insanlar tez unudulur. Hamısı yox, amma bəziləri unudulur.

Əgər real danışsaq, qayıtmaq şansım 80 və ya 90 faizdir. Öz beyninizdə suallar yaradırsınız və bədəninizi tanımağa başlayırsınız. Sözün düzü, hər şey düşündüyümdən daha asan keçdi. Bu sizə inam verir və tam fərqli səviyyəyə aparır. Boliddən daha yaxşı hiss alırsan və daha yaxşı performans əldə edirsən. Hiss etdiklərim təəccüblü idi. Tempi qısa müddət ərzində tuta bildim. Elə bil 6 il yox, 1 aydır ki, bolid sürmürdüm. İlkin hədəfim bunu bacarıb-bacarmayacağımı anlamaq idi və bunu az-çox gördüm. Performansım get-gedə yüksəlir. Formula1-də çətin yarışlardan uzaq qaldım. Beynimdəki əksər suallar itdi. Buna görə də çox rahatam. Bu test məni çox rahatladı. Formula1-in mənim üçün tamamilə bitmədiyini öyrəndim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*