R.Kubitsa Formula1-ə qayıdır?

Sabiq Formula1 sürücüsü Robert Kubitsa 6 ildən sonra etdiyi Formula1 testindən sonra yenidən idmana qayıtmaq istədiyini deyib.

F-1.az xatırladır ki, polşalı sürücü 2006-2010-cu illərdə Formula1-də çıxış etmiş və 2008-ci ildə Kanada yarışında qalib gəlmişdi. Lakin 2011-ci ildə ralli yarışında qəza keçirərək qolunu ciddi zədələyən 32 yaşlı sürücü Formula1 karyerasını bitirməli olmuşdu.

Kubitsa ondan sonra gücünü ralli yarışlarında sınamağa başladı və 2013-cü ildə WRC2-də Dünya Çempionu titulunu qazandı. Lakin həftənin əvvəlində polşalı sürücü heç kəsin gözləmədiyi halda Lotus-un 2012-ci il bolidi E20 ilə testlərdə iştirak edərək, 115 dövrə vurub. Bu isə təxminən iki yarış məsafəsi deməkdir.

Robert Kubitsa: “Hər şeydən əvvəl özümü uşaq kimi hiss etdim. Bu xüsusi hiss idi. Digər tərəfdən isə çox yaxşı qayıtdım. Elə bil öz evimə qayıtmışam. Özümü yaxşı hiss etdim. Təbii ki, bu mənim üçün yeni başlanğıcdır və bunun nə gətirəcəyini bilmirəm. Formula1 bolidi sürə bilirəm. Bunu bilmək gözəl hissdir, baxmayaraq ki, müəyyən həddlərim var.

Bolidi bütöv yarış məsafəsində sürətlə sürə bilirəm. Bunu görmək məni xoşbəxt edir və qürurlandırır. Daha çox test etmək istəyərəm, lakin bu məndən asılı deyil. Yenə də öz üzərimdə işləməyə davam edəcəm. Ümid edirəm ki, addım-addım inkişaf edib yenidən qayıdaram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*