R.Kubitsa Formula1-ə qayıdacaq?

O, 2011-ci ildə ayrılmağa məcbur olduğu Formula1-ə test pilotu kimi qayıda bilər.

F-1.az xatırladır ki, karyerasının ilk illərindən özünü yaxşı tərəfdən göstərməyi bacaran polşalı sürücü 2011-ci il fevralın 6-da rallidə ağır qəzaya uğrayaraq sağ qolundan ciddi zədələr almış və Formula1 karyerasını davam etdirə bilməmişdi.

Turun Sanomat-ın iddiasına görə, karyerasını WRC-da davam etdirən Kubitsaya Pirelli ən azı birgünlük test pilotu olmağı təklif edib. Kubitsanın bu təklifə hansı cavabı verməsi hələ məlum deyil.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*