R.Kubitsa Ferrari ilə danışıqlar aparıb

Williams komandasının ehtiyat sürücüsü Robert Kubitsa gələn il Ferrari komandasına keçə bilər.

F-1.az xatırladır ki, polşalı sürücü keçən il Williams komandasına ehtiyat və test sürücüsü kimi gəlmişdi. Lakin Britaniya təmsilçisi əvvəlcə Corc Rasseli transfer edib. Digər oturacaq üçün ən real namizəd Esteban Okondur. Ehtiyat sürücü vakansiyasına isə Esteban Qutyerresin gətiriləcəyi deyilir.

Son iddialara əsasən, Kubitsa bu günlərdə Ferrari komandasının rəhbəri Arrivabene ilə danışıqlar aparıb. Polşalı sürücü “qırmızılar”ın simulyator sürücüsü ola bilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*