R.Kubitsa F1 karyerasını bitirməyə hazırdır

Polşalı sürücü 2022-ci ildə WEC-də yarışmaqla yanaşı, F1-də Alfa Romeo-nun ehtiyat sürücüsü rolunu da icra edib, İspaniya, Fransa, Macarıstan və Əbu-Dabidə məşqlərdə iştirak edib.

F-1.az bildirir ki, sürücü Əbu Dabidə gələcəyi barədə suallara cavab verib

Robert Kubitsa: “Gələcəyim barədə bilmirəm. Hələ də buralara gəlməyimin səbəbi bəlkə də sükan arxasında oturma ehtimalımın olmasıdır. Amma ola bilsin ki, buradakı həftəsonu mənim üçün sonuncu idi. Hər şey Alfa Romeonun əsas tərəfdaşı Orlendən asılıdır. İlk növbədə bundan sonra nə etmək istədiyimi başa düşməliyəm və bundan sonra mən bütün maraqlı tərəflərlə danışıqlar aparacağam.

Görək komandada qalacam, yoxsa başqasına keçəcəm – hər şey mənim sükan arxasına keçib faydalı ola biləcəyimdən asılıdır. Əgər komandaya heç bir şəkildə kömək edə bilməsəm, deməli, sadəcə komandada olmaq istəmirəm. Mən realist olduğum üçün Formula1-dəki hekayəmin bitməsi fikri ilə razılaşıram. Düzünü deməliyəm – artıq 38 yaşım var, buna görə də daha yarışmaq imkanımın olmayacağı ilə razılaşmalıyam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*