R.Kubitsa Əbu Dabidə Massanı əvəz edəcək?

Son iddialara əsasən, Robert Kubitsa mövsümün son yarışı Əbu Dabidə Felipe Massanı əvəz edə bilər.

F-1.az xatırladır ki, polşalı sürücü Formula1-ə qayıtmaq üçün əlindən gələni edir və sonuncu dəfə Williams-ın 2014-cü il bolidi ilə testlər edib. Britaniyalıların gələnilki alternativləri arasında Massa, di Resta, Kubitsa və Kvyat kimi sürücülər var. Komanda Massa ilə davam etmək istəsə də, braziliyalı sürücünün 6 milyon dollar maaş istəməsi fərqli seçimlərin dəyərləndirilməsinə gətirib çıxarır.

Williams di Restanın komandaya fayda verəcəyinə inanmır. Verlyaynın da Erikssona qarşı göstərdiyi performans almaniyalı sürücünü siyahının sonuna yuvarlayır. Kvyatın da builki enişli-yoxuşlu performansı britaniyalıları düşündürür.

Amma sonuncu xəbərlərə əsasən, Williams komandası Əbu Dabidə Massanın əvəzinə Kubitsanı yarışdırmaq istəyir. Əgər çempionatda 5-ci yer təmin olunsa, polşalı sürücü sükan arxasına keçəcək. 32 yaşlı sürücü əvvəlcə cümə sərbəst yürüşlərində iştirak edəcək və onun vəziyyətinə baxılacaq. Əgər vəziyyət pis olsa, kokpitə yenidən Massa keçəcək. Əgər həftəsonu problemsiz ötüşsə, Kubitsa gələn il Williams komandasının sürücüsü olacaq. Əks halda gələn il yüksək maaşına baxmayaraq, Massa komandada qalacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*