R.Kubitsa danışmaq istəmir

Williams komandasının test və ehtiyat sürücüsü Robert Kubitsa bildirib ki, komanda barədə şərh verməyəcək.

F-1.az xatırladır ki, Ləns Stroll mövsümün ilk yarışı Avstraliyada 14-cü yeri tutmuşdu. Komanda yoldaşı Sirotkin isə mübarizəni vaxtından əvvəl dayandırmışdı.

Robert Kubitsa: “Düşüncələrimi desəm, doğru olmaz. Nəticədə mənim vəzifəm bu deyil. Amma Ləns əla iş gördü. Həftəsonu asan keçmədi. Üçüncü sərbəst yürüşlər yağışlı havada keçdi və sıralanma turunə hazırlaşmağa vaxt olmadı. Sürücülər təcrübəsiz olanda bu hal vacib olur. Sergey buna görə çətinlik çəkdi. Yetərincə işləyə bilmədi. Barselonada demişdim ki, sıralanma turunda son sessiyaya qalmaq üçün liderdən iki saniyə geridə olmalıyıq. Fərq isə 2.2 saniyə idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*