F-1.az xatırladır ki, Kubitsa bu mövsümdən etibarən Williams komandasının ehtiyat və test sürücüsü olsa da, yarışmaq istəyir. Buna görə də WEC ilə maraqlanır. 32 yaşlı sürücü Manor-un Mecachrome mühərrikli Ginetta LMP1 prototipi ilə Araqonda üçgünlük test edəcək. Hər şey qaydasında getsə, polşalı sürücü 24 saatlıq Le Man marafonunda Fernando Alonsonun rəqibi olacaq.
R.Kubitsa Alonsoya rəqib olacaq?
Williams komandasının ehtiyat sürücüsü Robert Kubitsa Dünya Dözümlülük Çempionatı (WEC) ilə maraqlanır və Manor LMP1 komandası ilə test edəcək.