F-1.az xəbər verir ki, bu gün xarici mətbuatda çıxan xəbərlərdə İndoneziya hökumətinin Haryanto üçün 10 milyon avro ödəyəcəyini bir daha təsdiq etdiyi yazılıb. Bir müddətdir ki, pilotun meneceri Pirs Hunnisett də lazım olan 15 milyon avronu toplamaq üçün çalışırdı.
Biz əvvəl də məlumat vermişdik ki, qalan 5 milyon avroluq hissəni də sürücünün sponsoru olan Pertamina şirkəti ödəyəcək. Şirkətin bu gün nahardan sonra Cakartada mətbuat konfransı keçirəcəyi və bunun üçün bütün jurnalistləri dəvət etdiyi bildirilir. Mətbuat konfransında Haryantonun Manor-a keçidinin rəsmi şəkildə açıqlanacağı gözlənilir…