F-1.az xəbər verir ki, Manor-un indoneziyalı pilotu Haryanto öz limitlərini öyrənmək istəyərkən qəza etdiyini etiraf edib: “Maşına öyrəşməyə və limitlərimi tapmağa çalışırdım. Dördüncü döngəyə bir qədər sürətli girdim. Təəssüflər olsun ki, maşında xəsarət var. Buna görə də nahardan sonra trasa qayıda bilmədim. Günün ilk hissəsi isə yaxşı keçdi. İşlərimizi plana uyğun görə bildik. Xeyli sahədə inkişaf etdiyimizi deyə bilərəm. Ümid edirəm ki, növbəti testlərdə daha çox şey öyrənə biləcəm.
Gün keçdikcə komandaya daha çox alışıram. Hələ öyrənməli olduğum çox şey var. Gələn testlərdə iştirak edəcəyim 2 gün ərzində əlimdən gələni edəcəm və Avstraliya Qran Prisinə qədər hazır olacam”.