R.Haryanto mövsümün sonuna qədər Manor-un tərkibində yarışacaq

İndoneziyalı sürücü, nəhayət, bunun üçün lazım olan maddi qaynağı tapıb.

F-1.az xatırladır ki, bu il Manor komandasının tərkibində Formula1-də debüt edən Rio Haryanto Macarıstan Qran Prisinə qədər yarışmaq üçün maddi vəsait tapmışdı. Sürücünün meneceri Pyers Hunnisett bir müddətdir ki, sürücünün komandada qala bilməsi üçün lazım olan məbləği tapmağa çalışırdı. Lakin belə görünür ki, o, lazım olan məbləği tapıb.

Rio Haryanto: “Hazırda bu məsələnin yaxşı yekunlaşacağına əminəm. Mən əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Başqa məsələlərə əhəmiyyət vermirəm və çalışıram ki, heç bir şey mənim çıxışıma təsir etməsin. Bu məsələlərə menecerim baxır və o, mənə hər şeyin yaxşı olduğunu bildirib. Bundan sonra da ən yaxşısını edib komanda üçün ən yaxşı nəticələri əldə etməliyəm. Mənə mövsümün sonuna qədər yarışacağımı, yerimin sağlam olduğunu bildirdilər. Buna görə xoşbəxtəm. Diqqətimi öz işimə yönəltməliyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*