F-1.az xəbər verir ki, Haryantonun Manor-da yarışması üçün 15 milyon avroya ehtiyacı var. Bu məbləği Pertamina neft şirkəti ilə İndoneziya höküməti qarşılayacaq. Hamı gözləyirdi ki, danışıqlar bu həftə nəticələnsin, amma Haryanto 3.4 milyon funt sterlinq nəğd ödənişi verə bilməyib.
Amma Manor Haryantoya 1 həftə əlavə vaxt verib və ödəmənin bu həftə ərzində edilməsi gözlənilir. Haryanto Manor-a 3.4 milyon avro nəğd ödəniş etməlidir. Ödənişin qalanını da sponsorlar mövsüm ərzində Manor-a ödəyəcəklər.
Rio Haryanto bu gün verdiyi açıqlamada bildirib ki, Manor onun xidmətində maraqlıdır: “Manor məni komandasında görmək istəyir. Əslində bizə verdikləri ödəmə müddəti artıq keçibdir, amma onlar bizə bir həftə əlavə vaxt verdilər”.
İndoneziyanın İdman və Gənclik naziri İmam Nahravi isə məsələ ilə bağlı bunları deyib: “Rio-nu dəstəkləməyə davam edəcəyik. Yaxşı pul yığmışıq. Amma ümid edirik ki, bir neçə firma da maliyyə dəstəyi verər”.