F-1.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Manor komandası artıq Uill Stivens ilə maraqlanmır. Bundan sonra Manor-un ikinci pilot vakansiyası üçün Rio Haryanto ilə Aleksandr Rossi mübarizə aparacaq.
Ancaq Manor komandası böyük ehtimalla Rio Haryantonu seçəcək. Buna səbəb isə Haryantonu İndoneziya hökümətinin maliyyələşdirməsidir.
Beləliklə, Manor komandası 2016-cı ildə yeni komanda rəhbəri, yeni bolid, yeni mühərrik və 2 yeni sürücü ilə yarışacaq.
Rəsmi açıqlama bir neçə gün ərzində veriləcək…