R.Haryanto fanlarına təşəkkür edib

Manor komandasının sürücüsü Rio Haryanto fanlarına təşəkkür edib...

F-1.az xəbər verir ki, Rio Haryanto bu mövsüm Manor komandasında debüt edib və Formula1-də yarışan ilk indoneziyalı sürücü statusunu qazanıb.

Rio Haryanto bu barədə danışıb: “Mənə dəstək verən böyük fan ordusu var.

GP2-də məni dəstəkləyən azarşeş kütləsi var idi. Onlar indi məni Formula1-də dəstəkləyirlər. Onların sayı get-gedə çoxalır. Onlara təşəkkür edirəm”.

Haryanto komanda yoldaşı Verlyayn barədə də danışıb və onu tərifləyib: “Paskal güclü sürücüdür və o, DTM seriyasında qalib gəldi. O, eyni zamanda, Mercedes AMG komandasının test sürücüsüdür.

O, qalib gələn bolidi sürüb və o bilir ki, bolidi necə inkişaf etdirmək olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*