F-1.az bildirir ki, Rionu əvəzləmək üçün namizədlərin sayı az deyil və nələrin baş verəcəyini hamı maraqla gözləyir.
Rio Haryanto: “Yarış mənim üçün çox da pis olmadı. Sauber pilotları ilə mübarizə aparmaq üçün etməli olduğumuz bəzi şeylər var. Yaxşı həftəsonu keçirdik. Bir qədər istirahət edib mövsümün ikinci hissəsində daha güclü olmaq istəyirik.
İlk 12 yarışda pis nəticə göstərmədik və komandadakı hər kəs istirahətə layiqdir. Hamısına təşəkkür edirəm. Ümid edirəm ki, bu, son yarışım deyildi. Mövsümün axırına qədər yarışmağım üçün komandayla danışıqlar davam etdirilir. Bu məsələ ilə menecerim məşğul olur. Ona güvənirəm. Ümid edirəm ki, Belçikada da sükan arxasına keçəcəyəm”.