R.Haryanto: “2017-ci ildə yarışmaq şansım yarıbayarıdır”

F-1.az xatırladır ki, indoneziyalı sürücü bu il Formula1-də debüt etmişdi.

Lakin mövsümün sonuna qədər yarışmaq üçün lazım olan pulun hamısını Manor-a ödəyə bilməyən Rio Belçika Qran Prisindən etibarən yerini Esteban Okona verməli olmuşdu. O gündən sonra komandanın ehtiyat sürücüsü olan Haryanto gələn il yarışmaq üçün özünə komandaların birində yer axtarır. O, bu barədə MotorSport.com resursuna danışıb.

Rio Haryanto: “Mövsümün sonuna qədər yarışa bilməmək məyusedicidir, amma hələ buradayam. Gələn mövsüm yenidən yarışmaq üçün çalışıram və hər şey yaxşı gedir. Bəzi yaxşı variantlar var. Manor da bunlardan biridir. Yenidən qayıda bilərəm. Şanslarımı 50% qiymətləndirirəm. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər verə bilərəm. Başqa seriyada yarışmaq istəmirəm”.

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*