F-1.az xatırladır ki, Rio Haryanto bu mövsüm Manor komandasının tərkibində Formula1-də debüt etmiş, lakin mövsümün sonuna qədər yarışmaq üçün lazım olan pulun hamısını komandaya ödəyə bilmədiyi üçün Belçika Qran Prisindən etibarən onu Esteban Okon əvəzləmişdi.
Rio Haryanto: “Sponsor tapmaq üçün intensiv çalışırıq. Başqa komandalarda yarana biləcək boş yerləri də diqqətimdə saxlayıram. Hər şey qaydasında gedir və çox optimistəm. Önümüzdəki bir neçə həftə ərzində komandaların gələn il sürücü heyətlərini açıqlayacağını düşünürəm. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq.
İlk ilimdə heç də pis yarışmadığımı düşünürəm. Mercedes-in gələcək ulduzu ilə rəqabət apara bilirdim. Qabiliyyətimi göstərə bildiyimə əminəm. Gələn il yenidən sükan arxasına keçmək istəyirəm və ümid edirəm ki, yaxın zamanlarda xoş xəbərlər verə bilərəm”.