F-1.az xəbər verir ki, son 2014-cü ildə yüksək nəticələr göstərən Williams komandası 2015-ci ildə də yaxşı təsir bağışlamış və komandanın pilotları bir neçəyarışda podiuma yüksələ bilmişdi. Komanda isə yekunda 3-cü olmuşdu.
Robert Förnli: “Bizim qazana biləcəyimiz ən yüksək nəticə Williams-ın qazandığı nəticələrdir. Hədəfimiz onların tutduğu yeri tutmaqdır. Mühərrik istehsal etməyən komandaların göstərə biləcəyi ən yüksək nəticəni göstəriblər. Əgər digər zavod komandaları səhv etməsələr onların qalib gəlmə şansı yoxdur.
Aerodinamika cəhətdən Williams bizdən bir qədər yaxşı vəziyyətdədir. Amma keçən mövsümün ikinci hissəsindəki nəticələrə baxdıqda görürük ki, onlarla aramızda olan fərqi azaltmışıq. Onlara çatırıq, amma bu, olduqca yavaş templə baş verir. Biz inkişaf etdikcə onlar da edir. Ona görə də etməli olduğumuz çox şey var”.