R.Fernandesin yarışması müəmmalıdır

RNF Aprilia komandasının sürücüsü Raul Fernandes Le Mandakı yarışdan əvvəl tibbi müayinədən keçəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sağ qolundakı ağrılara görə yeni komandası RNF-də ilk 4 yarışda zəif təsir bağışlayıb. O, bunun üçün doqquz əzələnin düzəlməsi üçün bıçaq altına yatıb.

Gənc sürücünün əməliyyatı uğurlu keçsə də, onun Fransada yarışıb-yarışmayacağı müəmmalıdır. Buna görə də Fransa yarışından əvvəl o, tibbi müayinədən keçəcək.

Raul Fernandes: “Düzünü desəm, həkimlərin axır ki, qolumdakı problemi tapmasına və əməliyyat olunduğuma görə sevincliyəm.

Bu həftəsonu Le Manda yarışıb-yarışmayacağımı bilmək üçün əvvəlcə tibbi müayinədən keçməliyəm. Özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, ən azından motosikleti sınayıb, qolumun vəziyyətini öyrənərəm. Bu həftəsonu nəticələr barədə danışmağa məcbur deyilik. Əsas odur ki, sürüm və formama qayıdım. Eyni zamanda bundan həzz alım”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*