R.Fernandes Mucelloda yarışacaq

RNF Aprilia komandasının sürücüsü Raul Fernandes Mucelloda yarışlara yenidən qayıdacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü qolundakı ağrılara görə ilk yarışlarda problemlərlə üzləşmiş və zəif performans göstərmişdi. O, Fransa yarışından əvvəl tibbi müayinədən keçmiş və qol əzələlərində problem aşkarlanmışdı. Buna görə əməliyyata girmiş və Fransa yarışını buraxmalı olmuşdu.

Lakin Raul Fernandes təqvimin ən sürətli traslarından olan Mucelloda yenidən sükan arxasına qayıdacaq. Lakin o, rəqabətədavamlı olacağını gözləmir: “Mucelloda yenidən qayıtdığım üçün çox sevincliyəm. Üç həftəlik fasilə var idi və sağalmaq, özümü fiziki cəhətdən hazırlamaq üçün bu fasilə mənə kömək etdi.

Bu həftəsonu xüsusi bir gözləntim yoxdur. Əvvəlcə qolumun vəziyyətinə baxmalıyıq. Əgər hər şey qaydasındadırsa, ən yaxşısını etməyə çalışacağıq. Eyni zamanda həzz alacağıq. Əsas məqsədim budur.

Qolumun problem yaratdığı ilk 4 yarışdan sonra fiziki olaraq necə olacağım mənə maraqlıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*