R.Fernandes əməliyyat olunacaq və yarışacağı müəmmalıdır

RNF Aprilia komandasının sürücüsü Raul Fernandes onu narahat edən və yarışmasına imkan verməyən kompartman sindromuna görə dördüncü gün əməliyyat olunacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu xəstəliyə görə Portuqaliyada yarışı bitirə bilməmişdi. O, Xeresdə də motosikleti sürə bilməyib və yıxılaraq, mübarizəni dayandırıb. O, həftənin birinci günü tibbi müayinədən keçmək üçün Madridə gedib.

Həkimlər əvvəlcə düşünüblər ki, Raul qalın geyindiyi üçün sağ qolu və əli yatıb, amma daha sonra nəticələr çıxandan sonra həkimlər onu əməliyyat etməyə qərara alıb.

Belə əməliyyatlardan sonra bir həftə dincəlmək və mərhələli şəkildə iş yükünü artırmaq lazımdır. Buna görə də Fernandesin 12-14 mayda Fransa Qran Prisində yarışması gözlənilir. Ancaq yarışmağa icazə alması üçün həkimlər tərəfindən yenidən müayinədən keçməlidir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*