R.Fernandes dəbilqəsinə qusub

RNF Aprilia komandasının sürücüsü Raul Fernandes bildirib ki, İtaliya yarışının son dövrəsində dəbilqəsinin içinə qusub.

F-1.az xatırladır ki, Mucello yarışı ispaniyalı sürücü üçün heç də asan keçməyib. O, şənbə günü iki dəfə qəza edib və yarışa 19-cu yerdə başlayıb. Əsas yarışda isə 17-ci ola bilib.

Raul etdiyi qəzalara görə cümə günü yata bilməyib və həkimlər ona dərman veriblər. Ancaq yarış vaxtı havanın isti olmasına görə Fernandesin halı lap pisləşib və o, dəbilqəsinə qusub. Bundan sonra isə az qala Avqusto Fernandeslə toqquşurdu.

Raul Fernandes: “Şənbə günü çətin keçdi. Çox pis nəticə əldə etdim. Bazar günü tempim çox yaxşı. Maverik Vinyaleslə eyni tempdə idim. Migel Oliveyra ilə birgə Aleş Esparqaronu qovurduq. Hədəfimiz digər Aprilialarla eyni tempdə getmək idi. Daha sonra Fabio Di Canantonionu keçdim və uzaqlaşan Maveriki qovmağa başladım.

Ona çatdım, amma deyəsən gün vurdu ya da yuxusuz qaldığım üçün ya da şənbə günü keçirdiyim qəzalara görə özümü pis hiss etməyə başladım. Dəbilqəmin içinə qusdum və yavaşladım.

Dayanmağa çalışdım, amma az qala Avqusto ilə təmas yaşayırdım, çünki dəbilqədən heç nə görmürdüm. Dəbilqənin şüşəsi kirli idi.

Yarışdan çəkilməyi düşünmədim. Bu komandadakı işçilərə hörmətsizlik olardı. Nəticədə yarışdığımız üçün pul qazanırıq. Nə qədər pis olsanız da, yarışmalısınız. Mən də elə etdim. Komanda və Aprilia üçün üzümü göstərdim. Böyük problem yaşayana qədər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*