F-1.az xatırladır ki, Ferrari yarışa 3-cü və 4-cü yerdə başlayıb, amma yarışın ilk döngəsində insident yaşayıblar. İtalyanlar yarışı 2-ci və 5-ci yerdə bitiriblər.
Ferrari-nin performası barədə danışan Montanyi bildirib ki, Ferrari Çin yarışının ən sürətli komandası olub: “Ferrari həftəsonunun ən sürətli komandası idi. Onlar 2-ci və 5-ci yerdən yüksək nəticə ala bilərdilər, amma bəxtləri gətirmədi”.
Sabiq F1 sürücüsü Robert Doornbos isə ilk döngədəki hərəkətinə görə Kvyata təriflər yağdırıb: “Kvyatın reaksiyası əla idi. “Bu yarışdır” cavabı verilə biləcək ən gözəl cavab idi. Fettel ağlamaqdansa, öz yarışına fokuslansın”.
İtaliya mətbuatı bildirib ki, Ferrari-nin performansı Mercedes-i qorxudub: “Ferrari nəhayət ki, rəqiblərini qorxutdu. Rosberq rahatlıqla qələbə qazandı, amma Fettel zədələnmiş bolid ilə çox güclü və etibarlı olduğunu göstərdi”.