F-1.az xatırladır ki, McLaren 2015-ci ildə Honda ilə birləşdikdən sonra ən yaxşı nəticəsi 2015-ci ildə keçirilən Macarıstan yarışındakı 5-ci yer olub.
Amma Ron Dennis düşünür ki, McLaren Mercedes-dən sonra Formula1-də hegemonluq edəcək: “Mən doğrudan da düşünürəm ki, Mercedes-dən sonra McLaren çempionluqları sıralayacaq. Digərlərindən əvvəl bu uğura imza atacayıq.
Bu çətin vəzifədir, ancaq komandamızın texniki gücünə və Honda-ya güvənirəm”.
Mercedes V6 Turbo erasının hegemonudur. Almaniyalılar 2014 və 2015-ci illərdə həm mühəndislər, həm də sürücülər kubokunu qazandılar. Mercedes bu il də qələbələri bir-birinin ardınca sıralayır və ən böyük favorit sayılır.
McLaren isə 2012-ci ilin Braziliya QP-sindən bəri hələ də qələbə qazana bilməyib və Honda ilə olan tərəfdaşlıq hələ yaxşı nəticələr gətirməyib.
Ron Dennis düşünür ki, 2017-ci ildəki qayda dəyişiklikləri komandaya irəliyə doğru böyük addım atmaqda kömək edəcək: “Gələn il yaxşı fürsətimiz olacaq. Düşünürəm ki, yarışlar qazana biləcəyik.
Çempionluq barədə proqnoz vermək istəmirəm, amma Mercedes-i taxtdan endirmək hamı üçün çətin olacaq və biz bunu hamıdan əvvəl etməliyik”.