R.Braun: Yarışı ləğv etmək asan deyil

Formula1-in idman direktoru Ross Braun bildirib ki, McLaren-də xəstəlik çıxmasa, yarış baş tutacaqdı.

F-1.az xatırladır ki, mövsümün ilk yarışı olan Avstraliya Qran Prisi McLaren komandasının işçisində koronavirus tapıldığına görə ləğv edilib. Lakin qərar çox gec açıqlanıb və əksər mütəxəssislər buna görə Liberty Media-nı çox sərt formada tənqid ediblər.

Ross Braun: “Bunun iqtisadiyyata böyük təsiri var. Formula1 işləməlidir. Bunu işlətməliyik. Buna görə də vəziyyətə baxdıq. Biz yarışmağa qərar verəndə vəziyyət indikindən fərqli görünürdü. Lakin virus tez yayıldı və bu, çox təəccüblü idi. İtaliyada xəstəliyin belə artmasını heç kəs gözləmirdi. Son həftələrdə Mattia Binotto ilə çox danışmışdım, amma hazırda İtaliyada olanlara görə çox məyusdur. Hamımız eyni gəmidəyik. Bu problemləri aşıb, Formula1-ə başlayacağımızı düşünürdük. Ancaq testlər bir nəfərdə pozitiv çıxdıqdan sonra bizimçün də problem yarandı. Komandaları yenidən yığıb iclas keçirdik. Bunlar vaxt aparır. Qərar verərkən, çox şeyi nəzərdən keçirməliyik. Çox stressli müddtə idi. Belə stressli qərarı vermək üçün 12 saat kimi müddət azdır.

Komandalar yarışlardan qazandıqları ilə həyatda qalırlar. Buna görə də hazırkı vəziyyət onların büdcəsinə təsir edəcək. Şirkət kimi büdcəmizə də təsir edəcək. İtirilən hər yarışın təsiri böyük olur. Mövsümü yenidən inşa etmək istəyirik. İtirdiyimiz yarışlara yer axtarırıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*